Bankçılıq
141

"Günay Bank"ın əmanətçilərinə kompensasiya ödənişinə nə vaxt başlanılacağı açıqlanıb

Iyunun 19-dan başlayaraq Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayacaq. 

"Renkinq" bu barədə Fonda istinadən xəbər verir. 

Məlumata görə, "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edəcək. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək. 

Bölmədən olan bütün xəbərlər