Digər
214
Azərbaycana 4 ayda 600-ə yaxın elektromobil gətirilib

Bakı / 26.05.2023 / Renkinq:
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 568 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (elektromobil) idxal olunub.
Bu barədə “Renkinq”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 dəfə çoxdur.