Sığorta
82
“Atəşgah Həyat Sığorta” nizamnamə kapitalından ən yaxşı istifadə edən sığorta şirkətidir

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti ötən ili 74,4 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 333,1 milyon manat məbləğində nizamnamə kapitalının 22,3%-i qədərdir.
Bu, “Renkinq”in apardığı araşdırma nəticəsində məlum olub.
Ayrı-ayrı sığorta şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, 2022-ci ildən mənfəətlə çıxmış 13 sığorta şirkəti arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Atəşgah Həyat Sığorta" ASC olub. Bu şirkətin əldə etdiyi mənfəət kapitalının 1,3 mislini təşkil edib. Baxmayaraq ki, "Atəşgah Həyat Sığorta" nizamnamə kapitalının məbləğinə görə ölkədə 18-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Qala Sığorta” ASC tutub. Bu şirkət ötən il nizamnamə kapitalının 1,2 misli qədər mənfəət əldə edib. Bu arada, "Qala Sığorta” kapitalının məbləğinə görə, 20 sığorta şirkəti arasında 15-ci yerdə qərarlaşıb.
3-cü yerə isə “PAŞA Həyat Sığorta" ASC sahib çıxıb. Bu şirkətin illik mənfəəti nizamnamə kapitalının 98,2%-i qədər olub. Halbuki, "PAŞA Həyat Sığorta" kapitalının məbləğinə görə, sığorta şirkətləri arasında 3-cüdür.
Mənfəətlə işləyən qalan 10 sığorta şirkətindən isə 5-də sözügedən göstərici 10-61% arasında, 4 şirkətdə 1-10% arasında, 1 şirkətdə isə 0-1% arasında dəyişir.
№ |
Sığorta şirkətinin adı |
Şirkətin illik mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 |
Atəşgah Həyat Sığorta |
1,3 dəfə |
2 |
Qala Sığorta |
1,2 dəfə |
3 |
PAŞA Həyat Sığorta |
98,2% |
4 |
Qala Həyat Sığorta |
60,1% |
5 |
PAŞA Sığorta |
58,4% |
6 |
Meqa Sığorta |
16,4% |
7 |
Naxçıvan Sığorta |
14,4% |
8 |
Xalq Həyat Sığorta |
12,2% |
9 |
Aqrar Sığorta |
7,8% |
10 |
Meqa Həyat Sığorta |
5,2% |
11 |
İpək Yolu Sığorta |
4,9% |
12 |
Bakı Sığorta |
1,2% |
13 |
A-Qrup Sığorta |
0,6% |
14 |
Atasığorta |
-3,9% |
15 |
Atəşgah Sığorta |
-10,3% |
16 |
Günay Sığorta |
-12,2% |
17 |
Azsığorta |
-14,3% |
18 |
Xalq Sığorta |
-20,8% |
19 |
Azərbaycan Sənaye Sığorta |
-22,5% |
20 |
Azərsığorta |
-1,2 dəfə |