Sığorta
88
“Qala Həyat Sığorta” aktivlərindən ən yaxşı istifadə edən sığorta şirkətidir

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti ötən ili 74,4 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 1 455,8 milyon manat məbləğində aktivlərin 5,1%-i qədərdir.
Bu, “Renkinq”in apardığı araşdırma nəticəsində məlum olub.
Ayrı-ayrı sığorta şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, 2022-ci ildən mənfəətlə çıxmış 13 sığorta şirkəti arasında aktivlərindən ən yaxşı istifadə edəni "Qala Həyat Sığorta" ASC olub. Bu şirkətin əldə etdiyi mənfəət aktivlərinin 18,1%-ni təşkil edib. Baxmayaraq ki, "Qala Həyat Sığorta" aktivlərinin məbləğinə görə ölkədə 8-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Qala Sığorta” ASC tutub. Bu şirkət ötən il aktivlərinin 16,7%-i qədər mənfəət əldə edib. Bu arada, "Qala Sığorta" aktivlərinin məbləğinə görə, 20 sığorta şirkəti arasında 5-ci yerdə qərarlaşıb.
3-cü yerə isə “Atəşgah Həyat Sığorta" ASC sahib çıxıb. Bu şirkətin illik mənfəəti aktivlərinin 10,7%-i qədər olub. Halbuki, "Atəşgah Həyat Sığorta" aktivlərinin məbləğinə görə, sığorta şirkətləri arasında 4-cüdür.
Mənfəətlə işləyən qalan 10 sığorta şirkətindən isə 1-də sözügedən göstərici 10,6%, 7 şirkətdə 1-10% arasında, 2 şirkətdə isə 0-1% arasında dəyişir.
№ |
Sığorta şirkətinin adı |
Şirkətin illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 |
Qala Həyat Sığorta |
18,1% |
2 |
Qala Sığorta |
16,7% |
3 |
Atəşgah Həyat Sığorta |
10,7% |
4 |
PAŞA Sığorta |
10,6% |
5 |
Naxçıvan Sığorta |
9,7% |
6 |
Meqa Sığorta |
8,7% |
7 |
PAŞA Həyat Sığorta |
7,2% |
8 |
Xalq Həyat Sığorta |
6,6% |
9 |
Meqa Həyat Sığorta |
2,9% |
10 |
İpək Yolu Sığorta |
2,3% |
11 |
Aqrar Sığorta |
1,2% |
12 |
Bakı Sığorta |
0,8% |
13 |
A-Qrup Sığorta |
0,2% |
14 |
Atəşgah Sığorta |
-1,1% |
15 |
Atasığorta |
-4,1% |
16 |
Azərbaycan Sənaye Sığorta |
-5,8% |
17 |
Azsığorta |
-5,8% |
18 |
Günay Sığorta |
-7,5% |
19 |
Xalq Sığorta |
-14,9% |
20 |
Azərsığorta |
-60,4% |