Digər
35
Azərbaycan 4 ayda minik avtomobili idxalına 382 milyon dollar xərcləyib

Bakı / 25.05.2023 / Renkinq:
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 382,2 milyon ABŞ dolları dəyərində adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal edib.
Bu barədə “Renkinq”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.