Sığorta
47

Azərbaycanda 4 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 4 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 16-nın yığımları illik müqayisədə artıb, 4-nün isə yığımları azalıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 4 ay ərzində 9,293 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Atəşgah Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 9,722  milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,8% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 79,9% azalaraq 1,215 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Azərbaycan Sənaye Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 2,9% azalaraq 5,983 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər