Sığorta
186

Azərbaycanda sığorta haqlarının 83%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 83%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda toplanılmış 467,53 milyon manat sığorta haqqının 389,319 milyon manatı və yaxud 83,3%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (201,305  milyon manat), "PAŞA Sığorta" (121,562  milyon manat), “Qala Sığorta” (33,788 milyon manat), “Atəşgah Həyat Sığorta” (22,242 milyon manat) və “Meqa Sığorta” (10,422 milyon manat) ASC-lərdir.

4 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvan Sığorta” (968 min manat), “İpək Yolu Sığorta” (1,215 milyon manat), "Meqa Həyat Sığorta" (1,224 milyon manat), “Bakı Sığorta” (1,902 milyon manat) və “Xalq Həyat Sığorta” (3,014 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 8,323 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,8%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 69,888 milyon manat (14,9%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər