İnvestisiya
48

Maliyyə Nazirliyi 50 milyon manat "borc alacaq"

Maliyyə Nazirliyi 50 milyon manat

Mayın 30-da “Bakı Fond Birjası” QSC-də (BFB) Maliyyə Nazirliyinin 50 milyon manatlıq, 3 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.  

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, hərraca nominal dəyəri 100 manatdan 500 min istiqraz çıxarılacaq.

Onlara illik 7% gəlirlilik vəd olunur. Faizlər 6 aydan bir (
24 oktyabr 2023-cü il, 23 aprel 2024-cü il, 22 oktyabr 2024-cü il, 22 aprel 2025-ci il, 21 oktyabr 2025-ci il və 21 aprel 2026-cı il tarixlərində) ödəniləcək. 

Hərracda sifarişlər BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-a qədər toplanılacaq. Qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Tələb təklifin 80%-dən az olsa, emitent sifarişləri qəbul etməyə bilər. Tələb təklifi üstələsə və qiymət emitenti qane etsə, hərraca çıxarılan istiqrazlar 50%-ə qədər artırıla bilər.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib. 

Bölmədən olan bütün xəbərlər