Bankçılıq
199
"Azərbaycan Beynəlxalq Bankı”nın işçilərinin sayı 3 mini keçib

Bakı / 25.05.2023 / Renkinq:
Bu il yanvarın 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin işçilərinin sayı 3 096 nəfər təşkil edib.
“Renkinq” bu barədə Bankın illik idarəetmə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 296 nəfər və yaxud 10,6% çoxdur.