İnvestisiya
48

Azərbaycan Mərkəzi Bankı daha 60 milyon manatlıq not yerləşdirib

Azərbaycan Mərkəzi Bankı daha 60 milyon manatlıq not yerləşdirib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 30 milyon manatlıq, 168 gün tədavül müddətli və 30 milyon manatlıq, 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, 168 günlük notlara 13 investor qiymət intervalı 9585,34 manat (9,27%) və 9623,2189 manat (8,39%), ümumi məbləği isə 29,87 milyon manat olan 13 sifariş təqdim edib. Bununla da, yerləşdirmə nəzərdə tutulandan 0,4% az – 29,87 milyon manat olmaqla tam baş tutub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 9585,34 manat (9,27%), orta ölçülmüş qiyməti isə 9600,9967 manat (8,91%) müəyyən edilib. Notların ödəmə tarixi 9 noyabr 2023-cü ildir.

252 günlük notlara isə 11 investor qiymət intervalı 9359,27 manat (9,78%) və 9395,5822  manat (9,19%), ümumi məbləği isə 30,01 milyon manat olan 12 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 9359,27 manat (9,78%), orta ölçülmüş qiyməti isə 9381,187  manat (9,42%) müəyyən olunub. Notların ödəmə tarixi 1 fevral 2024-cü ildir. 

Bölmədən olan bütün xəbərlər