Sığorta
190
Azərbaycanda 5 sığorta şirkətinin ötənilki (xalis) mənfəəti 5 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 7-si ötən ili zərərlə başa vurub.
“Renkinq” xəbər verir ki, bunlar, “Atəşgah Sığorta”, “Atasığorta”, “Günay Sığorta”, “Azsığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azərsığorta” və “Xalq Sığorta” ASC-lərdir.
Qalan 13 sığortaçı müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də sözügedən göstərici 5 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Həyat Sığorta” (39,527 milyon manat), “PAŞA Sığorta” (29,201 milyon manat), “Qala Sığorta” (10,567 milyon manat), “Atəşgah Həyat Sığorta” (8,474 milyon manat) və “Qala Həyat Sığorta” (7,842 milyon manat) ASC-lərdir.
Qalan 8 sığorta şirkətindən 3-nin (xalis) mənfəəti 1-5 milyon manat arasında, 5 şirkətin (xalis) mənfəəti isə 1 milyon manatdan azdır.