Sığorta
181

Azərbaycanda həyat sığortası 34%, qeyri-həyat sığortası isə 27% artıb

Azərbaycanda həyat sığortası 34%, qeyri-həyat sığortası isə 27% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 235,807 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 33,5% çoxdur.

Ötən 4 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 231,724 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 72,19 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 0,8% artaraq 62,412 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 26,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər ötən ilin eyni dövründə müvafiq olaraq 17,9 manat və 34 manat olub.

Bölmədən olan bütün xəbərlər