Qeyri-bankçılıq
144

"Union Kredit" BOKT-un lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Union Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv olunub.

“Renkinq” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 55-dən 54-ə düşüb. 

"Union Kredit" 2022-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2021-ci ilin yekununda onun öhdəlikləri aktivlərini üstələmiş, balans kapitalında 206 min manat çatışmazlıq yaranmışdı. Bu isə faktiki müflislik deməkdir. 

Bölmədən olan bütün xəbərlər