Bankçılıq
110
Azərbaycanda problemli kreditlər 4% artıb

Bakı / 01.04.2023 / Renkinq:
Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 606,1 milyon manat təşkil edib.
“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 3,8% çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 2,1% artıb, son 1 ildə isə 12,2% azalıb.
Bu il fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3% təşkil edib. Bu nisbət yanvarın və ötən ilin sonuna 2,9%, ötən il fevralın sonuna isə 3,9% olub.