Sığorta
122

Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası bazarı 11% kiçilib

Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası bazarı 11% kiçilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə 1,9 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% azdır.

Ötən 2 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,1 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb). 

Bölmədən olan bütün xəbərlər