Sığorta
128

Azərbaycanın sığorta sektorunun məcmu kapitalı 2%-ə yaxın artıb

Azərbaycanın sığorta sektorunun məcmu kapitalı 2%-ə yaxın artıb

Bu il yanvarın 1-nə Azərbaycanın sığorta sektorunun məcmu kapitalı 333 milyon manat təşkil edib.

Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,8% çoxdur.

Məcmu kapitalın 118 milyon manatı həyat sığorta şirkətlərinə, 162 milyon manatı qeyri-həyat sığortası şirkətlərinə, 53 milyon manatı isə yeganə təkrarsığortaçıya (“AzRe Təkrarsığorta” ASC) məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 19,2% çox, 12% az və 20,5% çoxdur.

Sığorta sektorunun kapitalı tələb olunan kapital normativlərini üstələyir.

Bölmədən olan bütün xəbərlər