Sığorta
125
Azərbaycanda KASKO sığortası bazarı 8% böyüyüb

Bakı / 30.03.2023 / Renkinq:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 6,7 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 4,4% artaraq 2,7 milyon manat olub.