İnvestisiya
136
İpoteka və Kredit Zəmanət Fondu 30 milyon manat “borc alacaq”

Martın 28-də “Bakı Fond Birjası” QSC-də (BFB) İpoteka və Kredit Zəmanəti Fondunun 30 milyon manatlıq, 20 il tədavül müddətli faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə “Renkinq”ə BFB-dən bildirilib.
Məlumata görə, hərraca nominal dəyəri 1 000 manatdan 30 min istiqraz çıxarılacaq. Onlara illik 3,25% gəlirlilik vəd olunur. Faizlər 6 aydan bir ödəniləcək.
Hərracda sifarişlər BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-a qədər toplanılacaq. Tələb təklifdən çox olsa, sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.