Bankçılıq
114
“Birbank Visa” kartları ilə xaricdəki ödənişlərə 2% “cash back” hesablanacaq

“Birbank Visa” kartları ilə xarici ölkələrdə, həmçinin xarici saytlarda və tətbiqlərdə (“Trendyol”, “Netflix”, “Bolt Food”, “Uber” və s.) edilən nağdsız ödənişlərə görə 2% “cash back” verilir. Kampaniyada bütün növ (taksit və debet) “Birbank” və “BirKart Visa” kartları iştirak edir.
“Birbank Visa Red” və “Umico” sahiblərinin kampaniyada qazandıqları “cash back” onların “Birbank” mobil tətbiqinin “cash back” balansına yüklənəcək. Kampaniya 30 mart 2023-cü il tarixə qədər keçərlidir. Ətraflı məlumat üçün – https://bir.bank/bbcbopr.
Bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback” debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-ə qədər, “Birbank”da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% “cash back” qazandırır. “Birbank Cashback” debet kartları ilə ay ərzində 5 000 manata qədər istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
“Birbank Miles” kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin kartlarla ay ərzində 5000 manata qədər istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. “Birbank Umico” debet kartları ilə isə ay ərzində 4 000 manata qədər “Kapital Bank” ASC-yə məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
“Birbank” taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 aya qədər faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günə qədər güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, “WhatsApp” vasitəsilə (50) 999 81 96 nömrəsinə yazın və yaxud “Birbank” mərkəzlərinə müraciət edin.