Digər
172
Azərbaycan 2 ayda avtobus idxalına 2 milyon dollar xərcləyib

Bakı / 17.03.2023 / Renkinq:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,7 milyon ABŞ dolları dəyərində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi (əsasən avtobus) idxal edib.
Bu barədə “Renkinq”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə azdır.