Büdcə
186

Azərbaycan neftinin büdcə qiyməti artırıla bilər

Azərbaycan neftinin büdcə qiyməti artırıla bilər

Azərbaycan hökuməti bu il neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin (hazırda 50 ABŞ dollarıdır) artırılmasını istisna etmir.

"Renkinq" xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.

"Bu il biz neftin büdcə qiymətini 50 dollardan götürmüşük, amma may ayında bu qiymətdə artım ola bilər. Gözləntilərimiz yüksəkdir", - deyə o, qeyd edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər