Bankçılıq
91
"Azərbaycan Kredit Bürosu" ötən il 119 milyona yaxın sorğu qəbul edib

Bakı / 17.03.2023 / Renkinq:
2022-ci ildə "Azərbaycan Kredit Bürosu" MMC-yə (AKB) 118,6 milyon adi sorğu, o cümlədən 98,6 milyon toplu sorğu daxil olub ki, bu da 2021-ci illə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 3,4 dəfə çoxdur.
"Renkinq" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Bundan başqa, sənədə əsasən, ötən il Büronun qəbul etdiyi skorinq sorğularının sayı 23 dəfə artaraq 4,6 milyona çatıb.
Mənbə: REPORT