Sığorta
168

İcbari Sığorta Bürosu avtomobilini 10% endirimlə təkrar hərraca çıxarır

İcbari Sığorta Bürosu avtomobilini 10% endirimlə təkrar hərraca çıxarır

Martın 29-da, saat 10:00-da “Əmlak Hərrac Mərkəzi” MMC-də İcbari Sığorta Bürosuna (İSB) məxsus daşınar əmlak 10% endirimlə təkrar hərraca çıxarılacaq.

“Renkinq” bu barədə İSB-yə istinadən xəbər verir.

Məlumata görə, söhbət “Lexus GS250” markalı minik avtomobilindən gedir. Onun ilkin hərrac qiyməti 42 500 manat, təkrar hərrac qiyməti isə 38 250 manat təşkil edir. Bunun isə 5%-i, yəni 1 912 manat beh kimi hərrac sifarişçisinin, əlavə olaraq 500 manat iştirak haqqı isə hərrac təşkilatçısının hesabına ödənilməlidir. Ödənişlər hərracın təyin edildiyi tarixə bir iş günü qalana qədər həyata keçirilməlidir. 

Bölmədən olan bütün xəbərlər