Sığorta
140
Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası bazarı 35% böyüyüb

Bakı / 27.01.2023 / Renkinq:
2022-ci ildə Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə 21,5 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 35,25% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə təxminən 31 dəfə azalaraq 0,1 milyon manat olub.