Sığorta
140
Azərbaycanda fərdi qəza və xəstəlik sığortası bazarı 42% böyüyüb

Bakı / 27.01.2023 / Renkinq:
2022-ci ildə Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə 3,9 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 41,6% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 11,2% artaraq 0,2 milyon manat olub.