Bankçılıq
123
İpoteka və Kredit Zəmanət Fondu ötən il 400 milyon manatdan çox kredit verib

Bakı / 27.01.2023 / Renkinq:
2022-ci ildə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 422,7 milyon manat kredit verib.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, bu, 2021-ci illə müqayisədə 18,6% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 0,8% azalaraq 406,8 milyon manata düşüb.
Ötən il İKZF istiqraz buraxmaqla 450 milyon manat vəsait cəlb edib ki, bu da əvvəlki ilə nisbətən 60,7% çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,9% artaraq 95,2 milyon manata çatıb.