Bankçılıq
162

Azərbaycanda problemli kreditlər 18% azalıb

Azərbaycanda problemli kreditlər 18% azalıb

Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 593,7 milyon manat təşkil edib.

Bu barədə "Renkinq"ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 7,4% azdır.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17,5% azalıb.

Ötən il dekabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,9% təşkil edib. Bu nisbət noyabrın sonuna 3,2%, əvvəlki ilin sonuna isə 4,2% olub.

Bölmədən olan bütün xəbərlər