Bankçılıq
187
“Birbank” lotereyasının qalibləri müəyyən olundu

Məlumat verdiyimiz kimi bütün növ “Birbank” (həmçinin “BirKart”) kart sahibləri nağdsız ödənişlər etməklə Bakıda 2 otaqlı təmirli mənzil, 2 ədəd “Toyota Corolla” avtomobili, 10 ədəd “MacBook Air” və yaxud 10 ədəd “iPhone 14 Pro” smartfonu qazanmaq şansı əldə ediblər. Yanvarın 26-da İctimai Televiziyanın canlı efirində keçirilən lotereya tirajı zamanı 23 ədəd “Birbank” kartının sahibi qiymətli hədiyyələr qazanıb. Qaliblərin siyahısı ilə saytdan tanış olmaq mümkündür – https://bir.bank/bblnpr.
Şərtlərə görə lotereyada iştirak üçün “Birbank” kart sahibləri 17 oktyabr 2022-ci il tarixindən 5 yanvar 2023-cü il tarixinə qədər taksit və yaxud debet “Birbank” kartları ilə 10 manat və daha çox məbləğdə uğurlu nağdsız əməliyyat edərək lotereyada 1 iştirak şansı qazanırdılar. “Birbank” rəqəmsal bankında və “Umico Market”də edilən 10 manat və daha çox məbləğdə uğurlu əməliyyatlar isə kart sahibinə 2 iştirak şansı qazandırıb. Əgər müştərinin bir neçə “Birbank” kartı varsa, hər biri lotereyada ayrılıqda iştirak edirdi. Hər müştəri bir “Birbank” kartı ilə yalnız 1 dəfə qalib ola bilərdi.
Bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback” debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-ə qədər, “Birbank”da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% “cash back” qazandırır. “Birbank Cashback” debet kartları ilə ay ərzində 5000 manata qədər istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
“Birbank Miles” kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin “Birbank Miles” debet kartları ilə də ay ərzində 5000 manata qədər istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. “Birbank Umico” debet kartları ilə isə ay ərzində 4 000 manata qədər “Kapital Bank” ASC-yə məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
“Birbank” taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 aya qədər faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günə qədər güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın “Facebook” və “Instagram” səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, “WhatsApp” vasitəsilə (050) 999 81 96 nömrəsinə yazın və yaxud “Birbank” mərkəzlərinə müraciət edin.