Sığorta
146
Azərbaycanda 12 sığorta şirkətinin ödənişləri artıb

2022-ci ilin yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət (“Meqa Həyat Sığorta” ASC) 2021-ci ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.
"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-dir. Bu şirkət il ərzində 2,39 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 16,3 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Həyat Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 215,366 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,1% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 29,993 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 93,2% azalaraq 184 min manata düşüb.