Sığorta
143
Azərbaycanda 7 sığorta şirkətinin yığımları azalıb

2022-ci ilin yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 7-nin isə yığımları azalıb.
"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Meqa Həyat Sığorta" ASC-dir. Bu şirkət il ərzində 2,404 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 4,7 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Qala Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 21,242 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,4% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Azərsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 69,6% azalaraq 16,433 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Azsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 2,2% azalaraq 11,081 milyon manata düşüb.