Digər
123
Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 11% azalıb

Bakı / 26.01.2023 / Renkinq:
2022-ci ildə Azərbaycanda 57 911 xarici ticarət iştirakçısı olub.
Bu barədə “Renkinq”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 11,1% azdır.
Ölkədə xarici ticarətlə məşğul olanların 48 323-ü fiziki şəxslər, 9 588-i isə hüquqi şəxslərdir. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 14,1% az və 8,1% çoxdur.
Hüquqi şəxslərin isə 269-u dövlət, 9 319-u isə özəl sektora məxsusdur. Bunlar da illik müqayisədə müvafiq olaraq 1,1% və 8,3% çoxdur.