İnvestisiya
143
Azərbaycanın maliyyə sektoru ötən il 334 milyon manat investisiya cəlb edib

Bakı / 26.01.2023 / Renkinq:
2022-ci ildə Azərbaycanın maliyyə sektoruna investisiya qoyuluşu 334,2 milyon manat təşkil edib.
Bu barədə “Renkinq”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 4,9 dəfə çoxdur.
Hesabat dövründə maliyyə sektoruna investisiya qoyuluşu ümumi investisiya qoyuluşunun 1,8%-ni təşkil edib.