İnvestisiya
145

Azərbaycanın qiymətli kağızlar bazarı 8% kiçilib

Azərbaycanın qiymətli kağızlar bazarı 8% kiçilib

2022-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 15 563 milyon manatlıq əməliyyat aparılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 7,8% azdır.

İllik göstəricinin 8 311,9 milyon manatlıq hissəsi ilkin bazarda (0,5% az), 7 251,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (15% az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 11 018 əqd bağlanılıb. Bu, illik müqayisədə 12,3% azdır. Əqdlərin 2 156-sı ilkin bazarın (20,2% az), 8 862-si isə təkrar bazarın (10,2% az) payına düşüb.

Bölmədən olan bütün xəbərlər