İnvestisiya
524

Azərbaycan Mərkəzi Bankı 90 milyon manatlıq not yerləşdirib

Azərbaycan Mərkəzi Bankı 90 milyon manatlıq not yerləşdirib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 45 milyon manatlıq, 28 gün tədavül müddətli və 45 milyon manatlıq, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, 28 günlük notlara 9 investor qiymət intervalı 9942.3894 manat (7,45%) və 9951,239 manat (6,3%), ümumi məbləği isə 63,04 milyon manat olan 13 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti  9946,0044 manat (6,98%), orta ölçülmüş qiyməti isə 9948,1105 manat (6,71%) müəyyən olunub. Notların ödəmə tarixi 22 fevral 2023-cü ildir.

82 günlük notlara isə 9 investor qiymət intervalı 9810,0128 manat (8.3%) və 9821,4783 manat (7,79%), ümumi məbləği isə 56,12 milyon manat olan 12 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 9814,5058 manat (8,1%), orta ölçülmüş qiyməti isə 9817,8864 manat (7,95%) müəyyən olunub. Notların ödəmə tarixi 19 aprel 2023-cü ildir.

 

Bölmədən olan bütün xəbərlər