Sığorta
112
Azərbaycanda sağalmaz xəstəliklərdən sığortaya maraq artıb

Bakı / 25.01.2023 / Renkinq:
2022-ci ildə Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə 1,3 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 42,8% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə həyata keçirilən ödəniş isə 2,2 dəfə artaraq 60 min manata çatıb.