İnvestisiya
50
Maliyyə Nazirliyi 50 milyon manatlıq istiqraz yerləşdirib

Bakı / 24.01.2023 / Renkinq:
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Maliyyə Nazirliyinin 50 milyon manatlıq, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Renkinq" BFB-yə istinadən xəbər verir ki, hərraca 20 investor qiymət intervalı 91,3015 manat (9,5797%) və 94,9033 manat (5,4%), ümumi məbləği isə 167,433 milyon manat olan 37 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92,6985 manat (7,92%), orta ölçülmüş qiyməti isə 93,0251 manat (7,5391%) müəyyən olunub.
İstiqrazların ödəmə tarixi 23 yanvar 2024-cü ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.