Sığorta
45
Azərbaycanın sığorta bazarı 15% böyüyüb

Bakı / 24.01.2023 / Renkinq:
2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 970,823 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 15% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 433,202 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,6% azdır.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödəniş edilib. Əvvəlki ilə bu göstərici 54,4 manat olub.