İnvestisiya
38
Azərbaycan Mərkəzi Bankı 120 milyon manat "borc alacaq"

Sabahdan başlayaraq 2 gün ərzində “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının 120 milyon manatlıq notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə "Renkinq"ə BFB-dən bildirilib.
Məlumata görə, hərraca nominal dəyəri 10 000 manatdan 12 000 not çıxarılacaq. Sifarişlər saat 11:00-dan 11:30-a qədər toplanılacaq.
Notların buraxılış parametrləri aşağıdakı kimidir:
Notun müddəti (günlə) |
Notun ISIN kodu |
Notun hərrac tarixi |
Notun məbləği (manatla) |
Notun ödəniş tarixi |
28 |
AZ2065024708 |
25.01.2023 |
45 000 000 |
22.02.2023 |
84 |
AZ2066024707 |
25.01.2023 |
45 000 000 |
19.04.2023 |
168 |
AZ2067024706 |
26.01.2023 |
15 000 000 |
13.07.2023 |
252 |
AZ2068024705 |
26.01.2023 |
15 000 000 |
05.10.2023 |
Hərraca hər bir yerli 2 rəqabətli sifariş təqdim edə bilər. Bir bankın verdiyi bütün sifarişlərin ümumi nominal məbləği hərraca çıxarılmış notların 20%-dən artıq olmamalıdır.
Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur. Sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.
Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.