Bankçılıq
43

“Turan Bank” ötən ili 1,9 milyon manat xalis mənfəətlə başa vurub

“Turan Bank” ötən ili 1,9 milyon manat xalis mənfəətlə başa vurub

Ölkənin aparıcı banklarından biri olan “TuranBank” ASC 2022-ci ilin yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. Real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən Bank ötən il 1,9 milyon manat xalis mənfəətlə başa vurub.

2022-ci ilin yekunlarına görə, “TuranBank”ın cəmi aktivləri 2021-ci ilin yekunu ilə müqayisədə 14,8% və yaxud 105,9 milyon manat artaraq 820,8 milyon manat, o cümlədən müştərilərə verdiyi kreditlər 25,7% və yaxud 112,1 milyon manat artaraq 548,5 milyon manat təşkil edib. Daim etibarlılıq prinsiplərinə sadiq qalan “TuranBank”ın depozitlərinin həcmində də artım müşahidə olunub. Belə ki, 2022-ci ilin sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% və yaxud 11,8 milyon manat artaraq 429,3 milyon manat, fiziki şəxslərin depozitləri isə 27,3% və yaxud 70,3 milyon manat artaraq 327,9 milyon manat təşkil edib. Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir.

2022-ci il IV rübündə Bank real sektorun dəstəklənməsi istiqamətində də beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirib. Belə ki, “TuranBank” ilə nüfuzlu maliyyə qurumu “Incofin” İnvestisiya Fondu arasında Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.  Məlumat üçün bildirək ki, 2022-ci il ərzində “TuranBank” institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı, “Sparkassenstiftung” və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. “TuranBank”ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  “TuranBank”ın rəsmi veb səhifəsini və yaxud sosial şəbəkələrdəki ("Facebook", "İnstagram" və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

“TuranBank”

Bizimlə etibarlıdır ...

Bölmədən olan bütün xəbərlər