Bankçılıq
61

“Access Bank” 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb

“Access Bank” 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan “Access Bank” QSC 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

Bank 2022-ci ildə bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub, əməliyyat gəlirlərində kəskin artıma nail olub.

Bankın aktivləri ötən rüb 11,1%, ötən ilin əvvəlindən isə 25,4% artıb, hazırda 1,2 milyard manat təşkil edir.

Kredit portfeli rüb ərzində 6,3%, il ərzində isə 28,6% artıb, hazırda 813,5 milyon manat təşkil edir.

Kredit portfelinin 78%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes portfeli 17,5% və yaxud 95 milyon manat artıb, biznes kreditlərinin 57%-i regionların payına düşüb.

Depozit portfeli rüb ərzində 7,2%, il ərzində isə 24,7% artıb, hazırda 860 milyon manat təşkil edir.

Əhalinin müddətli əmanətləri rüb ərzində 7,7%, il ərzində isə 29% artıb, hazırda 597 milyon manat təşkil edir.

Faiz gəlirləri 2021-ci il ilə müqayisədə 39% artaraq 140 milyon manatı ötüb. Xalis faiz gəlirləri isə 2021-ci il ilə müqayisədə 52% artaraq 82 milyon manata yüksəlib.

Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq 13 milyon manatı keçib.

Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 23 milyon manata çatıb. Təkcə 4-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 3-cü rübü ilə müqayisədə 75% artıb.

Bankın 2022-ci il üzrə yekun xalis mənfəəti də 2021-ci ilin nəticəsi ilə müqayisədə dəfələrlə artaraq 15 milyon manata çatıb. 4-cü rüb ərzində bankın xalis mənfəəti cari ilin 3-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb.

Bankın məcmu kapitalı son 1 il ərzində 27% və yaxud 21.5 milyon manat artaraq 101 milyon manatı ötüb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır. Artım həm səhmdarların əlavə kapital inyeksiyası, həm də bankın qazandığı mənfəət hesabına mümkün olub. Belə ki, 2022-ci ilin noyabr ayında Bank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11,4 milyon manat artırıb.

Bankın likvidlik əmsalı 64,1% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir.

“Access Bank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın illik göstəricilərini şərh edib: “Komandamız 2022-ci ildə də biznes və pərakəndə müştərilərimizi dəstəkləməyə davam etdi. Onların fədakarlığı Bankın 2022-ci ildə 15 milyon manat mənfəət əldə etməsinə, həmçinin kredit portfelimizin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2022-ci ildə “Access Bank”ın aktivləri 1 milyard manat həddini keçərək daha da böyüdü. Əminik ki, bu il “Access Bank”ı təkmilləşdirəcək, yüksək nəticələri davamlı olaraq göstərəcək və gələcək illərdə də Azərbaycanda mikro və kiçik biznesi dəstəkləməyə davam edəcəyik”.

“Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və yaxud bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq lazımdır.

Bölmədən olan bütün xəbərlər