Bankçılıq
48
“Günay Bank” ötən ili uğurla başa vurub!

Bakı / 24.01.2023 / Renkinq:
“Günay Bank” ASC-nin açıqladığı illik hesabata nəzər salarkən məlum olur ki, Bank 2021-ci ildəki müsbət tendensiyasını 2022-ci ildə də davam etdirməyə müvəffəq olub.
Belə ki, 2021-ci ildə 409,6 min manat mənfəət əldə edən Bank 2022-ci ili 490,4 min manat (təxminən 20% çox) mənfəətlə başa vurub.
Ötən il Bankın aktivləri 10% artıb. Hesabat tarixinə Bankın məcmu kapitalı 64 634 min təşkil edib. Qeyd olunan bütün göstəricilər "Gunay Bank"ın korporativ bankçılıq istiqamətində öz mövqeyini qoruyaraq inkişaf etdiyindən xəbər verir.