Qeyri-bankçılıq
58

AMFA: "Xarici investorların ölkəmizə marağı bərpa olunmağa başlayıb"

AMFA:

Xarici investorların Azərbaycanın mikromaliyyə sektoruna marağı bərpa olunmağa başlayıb.

"Renkinq" xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva bildirib.

Onun sözlərinə görə, bu qənaətə ötən il xarici investorlarla keçirilən görüşlərdən sonra gəliblər.

"Hazırda xarici investorlarla danışıqları davam etdiririk və inanırıq ki, keçən ildən sektora göstərilən ilkin maraqlar artıq tətbiqi müstəviyə keçəcək və üzvlərimiz xarici investorlardan nəinki xarici valyutada, həm də yerli valyutada resurs cəlb edə biləcək. Ümumiyyətlə 2015-ci ilə qədər qədər mikromaliyyə təşkilatları xarici donorlarla daha çox xarici valyuta ilə işləyirdilər, indi isə hedc olunmuş resurslara və yaxud dövlət fondları kimi yerli mənbələrə daha çox üstünlük verirlər, bunun üçün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə də əməkdaşlıq etməkdə maraqlıdır. Hazırda sektor AKİA ilə əməkdaşlıq edir, SİF-lə isə danışıqlar gedir. Bu qurum da bizimlə sıx işləməkdə maraqlıdır, amma onlarda müəyyən qaydalar dəyişib", - deyə AMFA rəsmisi qeyd edib. 

Mənbə REPORT

Bölmədən olan bütün xəbərlər