Büdcə
50
Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 12%-dən çox artıb

Bakı / 23.01.2023 / Renkinq:
2022-ci ildə Azərbaycanda iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11 577,1 milyon manatı və yaxud 36,1%-i sosialyönlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) olub.
Bu barədə "Renkinq" Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 12,4% çoxdur.