İnvestisiya
74

Asiya İnkişaf Bankı ilk dəfə manatla istiqraz buraxıb

Asiya İnkişaf Bankı ilk dəfə manatla istiqraz buraxıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan şirkətlərindən birinə aid "qida təchizatı zənciri" layihəsini maliyyələşdirmək üçün manatla, amma ABŞ dollarına bağlı istiqraz buraxıb. 

"Renkinq" AİB-ə istinadən xəbər verir ki, qiymətli kağızlar ABŞ-ın “Goldman Sachs International” bankının dəstəyi, Almaniyanın "Capitulum Asset Management GmBh" şirkətinin anderrayterliyi ilə (abunə yazılmaqla) Lüksemburq Fond Birjasında yerləşdirilib.

Bunun hesabına 8,4 milyon manat (4,9 milyon ABŞ dolları) vəsait cəlb edilib. İstiqrazlar 2 il yarım tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər