İnvestisiya
130

Azərbaycan Mərkəzi Bankı 90 milyon manatlıq not yerləşdirib

Azərbaycan Mərkəzi Bankı 90 milyon manatlıq not yerləşdirib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 45 milyon manatlıq, 28 gün tədavül müddətli və 45 milyon manatlıq, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, 28 günlük notlara 10 investor qiymət intervalı 9944,312 manat (7,2%) və 9951,239 manat (6,3%), ümumi məbləği isə 54,37 milyon manat olan 15 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 9945,9274 manat (6,99%), orta ölçülmüş qiyməti isə 9948,1765 manat (6,7%) müəyyən olunub. Notların ödəmə tarixi 15 fevral 2023-cü ildir. 

84 günlük notlara isə 11 investor qiymət intervalı 9814,506 manat (7,89%) və 9828,2353 manat (7,49%), ümumi məbləği isə 59,08 milyon manat olan 17 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 9819,2281 manat (7,89%), orta ölçülmüş qiyməti isə 9823,7408 manat (7,69%) müəyyən olunub. Notların ödəmə tarixi 12 aprel 2023-cü ildir. 

Bölmədən olan bütün xəbərlər