İnvestisiya
123

ARDNF Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini daha 5 ay uzadıb

ARDNF Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini daha 5 ay uzadıb

Dövlət Neft Fondu (ARDNF) ötən il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi 1 milyard avro depozitin müddətini daha 5 ay uzadıb.

“Renkinq” xəbər verir ki, bu barədə Fonddan bildirilib.

"ARDNF-in investisiya strategiyası və Qaydaları çərçivəsində depozitin müddətinin sabit gəlirli qiymətli kağızlar bazarının yaxın gələcək üçün mümkün perspektivi də nəzərə alınaraq daha 5 ay uzadılmasına qərar verilib", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, sözügedən depozit ötən ilin yanvar ayında 6 ay müddətinə yerləşdirilmişdi, iyulda isə onun müddəti ilin sonuna qədər (5 ay) uzadılmışdı.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər