İnvestisiya
118
Maliyyə Nazirliyi 50 milyon manatlıq istiqraz yerləşdirib

Bakı / 17.01.2023 / Renkinq:
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Maliyyə Nazirliyinin 50 milyon manatlıq, 2 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Renkinq" BFB-yə istinadən xəbər verir ki, hərraca 17 investor qiymət intervalı 89,6127 manat (11,995%) və 96,3702 (7,9999%), ümumi məbləği isə 136,285 milyon manat olan 26 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94,1528 manat (9,27%), orta ölçülmüş qiyməti isə 94,3533 (9,1536%) müəyyən olunub.
İstiqrazların ödəmə tarixi 14 yanvar 2025-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.