Qeyri-bankçılıq
171
"Brand Credit" BOKT-un Müşahidə Şurasına yeni sədr təyin edilib

Bakı / 17.01.2023 / Renkinq:
"Brand Credit" MMC bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasına (MŞ) yeni sədr təyin edilib.
"Renkinq" xəbər verir ki, bu, Azər Hümbətovdur.
O, bundan əvvəl "Prior Leasing" ASC-nin İdarə Heyətinin (İH) sədri, eləcə də bu lizinq şirkətinin törəməsi olan "Prior Credit" QSC BOKT-un MŞ-nın sədri olub, yeni vəzifəsində isə bir qədər əvvəl "Brand Credit"in İH-nin sədri təyin edilmiş Şahin Mirzəyevi əvəz edib.