İnvestisiya
563
"Bakı Fond Birjası"nın dövriyyəsi 13% azalıb

Bakı / 02.12.2022 / Renkinq:
Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 378,181 milyon manat təşkil edib.
“Renkinq” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,5% azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 17,1% azalaraq 8 977 olub.
BFB-nin dövriyyəsinin 54%-i və yaxud 6 686,834 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 2,4% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 95,7% artaraq 1 274,576 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 33,5% azalaraq 4 416,77 milyon manat olub.