Sığorta
614
“Günay Sığorta”ya yeni sədr təyin edilib

Bakı / 02.12.2022 / Renkinq:
“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Renkinq" xəbər verir ki, bu, Hikmət Salmanovdur.
O, bundan əvvəl “Günay Bank” ASC-nin icraçı direktoru olub.
"Günay Sığorta"nın sədri Mahir Niftiyev bu ilin avqust ayında işdən çıxıb. Bu müddətdə onun səlahiyyətlərini müvəqqəti olaraq şirkətin Nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev icra edib.
Mənbə: REPORT